Yeni doğulan körpəyə Korona adı verildi


Dünya 25 Mar 2020 13:54:00 126 0

Yeni doğulan körpəyə Korona adı verildi

Hindistanın Uttar-Pradeş ştatında yeni doğulan körpəyə Korona adı verilib.

Son.az publika.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qızın dayısı Niteş Tripati məlumat verib:

"Baxmayaraq ki, virus çox təhlükəlidir, təşvişə düşməyə ehtiyac yoxdur. Həkimlərin tövsiyələrinə əməl etməyə çalışmaq lazımdır. Bu körpə virusla mübarizədə insanların birliyinin simvolu olacaq".

Korona martın 22-də, ölkədə komendant saatı tətbiq olunmazdan bir neçə saat əvvəl doğulub.