Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadıldı


Digərləri 25 Mar 2020 13:10:00 124 0

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadıldı

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.