Teledərslərin sabahkı cədvəli açıqlanıb


Digərləri 25 Mar 2020 13:30:00 136 0

Teledərslərin sabahkı cədvəli açıqlanıb

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayımlanan "Dərs vaxtı" proqramının 26 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.

Sabaha olan cədvəli təqdim edirik.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.