Uğursuz omba əməliyyatı keçirən qadın gülüş obyektinə çevrildi


Digərləri 25 Mar 2020 09:24:00 192 0

Uğursuz omba əməliyyatı keçirən qadın gülüş obyektinə çevrildi

2018-ci ildə sağrılarını plastik əməliyyat etdirən 33 yaşlı Star Delqadis bir müddət keçdikdən sonra pis vəziyyətə düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, həkimlərin məsləhət gördüyündən iki dəfə böyük implantlar taxdıran Star ilk öncə xarici görünüşündən çox razı qalıb.

Lakin zaman keçdikcə qadının arxa hissəsi sallanmağa başlayıb. S.Delqadis hamının ona güldüyünü etiraf edir.

"Sanki uşaq bezi geyinirəm. Görənlər məni ələ salır", - deyə, qadın şikayət edir.

Bundan əlavə, qadın nə qaça, nə də normal qaydada yerirə bilir, çünki sallanan implantlar səbəbindən hərəkət zamanı ağrılar başlayır.