"Koronavirusun yayılması 100 gün davam edəcək"


Dünya 25 Mar 2020 06:30:00 137 0

"Koronavirusun yayılması 100 gün davam edəcək"

Koronavirusun yayılması başladığı vaxtdan 100 gün sonra başa çatmalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Rusiyanın baş infeksionisti Yelena Malinnikova söyləyib. O bildirib ki, Çində infeksiyanın yayılmasına nəzər salsaq, bu prosesin 100 gün davam etdiyini görə bilərək. Həkim dəqiq proqnoz verməyin mümkün olmadığını vurğulayaraq deyib ki, mütəxəssislər, sadəcə, paralellər aparırlar.

Xatırladaq ki, Rusiyada koronavirusa ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb.