“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq


Digərləri 24 Mar 2020 22:42:00 131 0

“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq

"Azərbaycanda rəqəmsal iqtisadiyyat" Dövlət Proqramı hazırlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər "Azərbaycanda rəqəmsal iqtisadiyyat" Dövlət Proqramını hazırlayıb qəbul etmək öhdəliyi götürüblər.