Elektron ticarət nəhəngi 2 milyon maska bağışladı


Digərləri 24 Mar 2020 22:45:00 145 0

Elektron ticarət nəhəngi 2 milyon maska bağışladı

Çinli milyarder və Alibaba.com-un yaradıcılarından biri Cek Ma Avropaya 2 milyon maska bağışlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, 2 milyon maskanın ilk 500 minini daşıyan təyyarə bir neçə gün öncə Belçikanın Liege hava limanına enib.

Maska ilə yanaşı, koronovirus testləri və digər tibbi ləvazimatların da olduğu yük Belçikadan İtaliyaya göndəriləcək.

Yardımın qalanı hissəsinin ən qısa zamanda Liege hava limanına çatdırılacağı bildirilib.