İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb


Dünya 24 Mar 2020 22:47:00 128 0

İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb

İtaliyada son sutka ərzində koronavirusdan 743 nəfər vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki,  bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli brifinqə bildirib.

O qeyd edib ki, İtaliyada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6820-yə çatıb: "Son 24 saatda ölkədə 5249 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada koronavirusa yoluxanların sayı 69176-ya çatıb".

A.Borelli əlavə edib ki, sağalanların sayı 894 nəfər artaraq, ümumilikdə 8326-ya yüksəlib.