Oqtay Şirəliyev: Lazım olsa, xəstəxanalar əlavə çarpayı və tibbi avadanlıqlarla təchiz ediləcək


Digərləri 24 Mar 2020 21:52:00 131 0

Oqtay Şirəliyev: Lazım olsa, xəstəxanalar əlavə çarpayı və tibbi avadanlıqlarla təchiz ediləcək

Əgər lazım olsa, xəstəxanalar əlavə çarpayı və tibbi avadanlıqlarla təchiz ediləcək. Hələ ki Azərbaycanda vəziyyət digər ölkələrdəki həddə deyil. Biz çalışacağıq ki, Azərbaycanda bu cür vəziyyət yaranmasın. Amma lazım olsa biz xəstəxanalarda gücləndirilmiş rejimə də keçə bilərik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf" proqramında deyib.

Nazirin sözlərinə görə, bütün dövlət qurumlarının rəhbərləri, nazirliklər bu tədbirlərə cəlb olunub:

"Hazırda lazımi qədər briqadalar yaradılıb. Hər sahədə ehtiyat tədbirləri nəzərdə tutulub. A və B planları hazırlanıb. Hətta ehtiyat xəstəxanalar da var. Bir sözlə,hər şeyə hazırıq. Amma çalışırıq ki, bizdə vəziyyət digər ölkələrdəki səviyyəyə çatmasın".