Whatsapp koronavirus üçün məlumat mərkəzi yaradıb


Digərləri 24 Mar 2020 21:40:00 145 0

Whatsapp koronavirus üçün məlumat mərkəzi yaradıb

Whatsapp koronavirus pandemiyası barədə yanlış məlumatların qarşısını almaq məqsədilə yeni veb-sayt yaradıb.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət insanları COVİD-19 barədə bilgiləndirən portal yaratmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-lə bir araya gəlib.

Saytda pandemiya zamanı Whatsapp-dan necə istifadə edilməsi ilə bağlı məlumatlar da yer alıb. Portalda ÜST və UNICEF-in mesajlaşma xətləri barədə də məlumat veriləcək. Eləcə də koronavirus barədə dəqiq məlumat almaq istəyənlərə də kömək ediləcək.

2 milyarddan çox istifadəçisi olan Whatsapp-ın pandemiya barədə yalan məlumatların qarşısını alacağı gözlənilir.