Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət edib


Digərləri 24 Mar 2020 20:14:00 110 0

Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətdə deyilir:

"Əziz həmvətənlər, atalar, analar, bacılar və qardaşlar!

Məlumdur ki, yeni növ koronavirus (COVID-19) dünya ölkələrində sürətlə yayılmaqdadır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur.

Bu virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması ilə əlaqədar ÜST-nin tövsiyə və tələblərinə uyğun olaraq, ölkəmizdə yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqətində və nəzarətindədir.

Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir və müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir.

Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş 23 mart 2020-ci il tarixli iclasında COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edilərək koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, ölkəmizdə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur.