ABŞda restoranlar koronavirusa görə ciddi ziyana məruz qalıb


Dünya 24 Mar 2020 19:49:00 130 0

ABŞda restoranlar koronavirusa görə ciddi ziyana məruz qalıb

Koronavirus qorxusu yayılmazdan bir neçə ay əvvəl belə Amerikanın restoran bizneslərində geriləmə müşahidə edilirdi.

Lakin aşpaz Terri Kasotakis və baş menecer Pol Conson kimi bəzi biznes adamları havanın istilənməsi ilə vəziyyətin düzələcəyinə ümid edirdi.

"Yanvar və fevral aylarında fırtınalarla qarşılaşdıq. Ümidimiz aprel ayına idi. Restoranımızın böyük açıq seksiyası var. Bura olduqca populyardır və çoxsayda insanı yerləşdirə bilir" - deyə, Condon bildirib.

Ötən həftə Virciniya ştatının biznesləri 90 faiz itki verib.

Virciniya restoranlara 10 faizlik məhdudiyyət tətbiq edib. Digər ştatlar isə koronavirusla mübarizə məqsədi ilə daha kəskin ölçülərə əl atıb.

Kaliforniya, Konnektkut, Ohayo, İllinois, Nyu-York, Nyu Cersi, Massaçussetts və Vaşinqton ştatları restoran və barların bağlanmasına göstəriş verib, sifariş xidmətlərinə məhdudiyyətlər tətbiq edib.

ABŞ Senatında kiçik bizneslər və ailələrə yardım paketi nəzərdən keçirilir.