Koronavirusun geniş yayıldığı İranda cənazə mərasimində izdiham yaşandı


Dünya 24 Mar 2020 18:36:00 116 0

Koronavirusun geniş yayıldığı İranda cənazə mərasimində izdiham yaşandı

Koronavirusun ən geniş yayıldığı ölkələrdən sayılan İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Hüseyn Əsədullahinin cənazə mərasimində izdiham yaşanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, İran mətbuatı SEPAH komandirinin ölüm səbəbinin koronavirus olmadığını yazıb. Əsədullahinin cənazə mərasimində izdiham yaşanması sosial şəbəkələrdə və dövlət rəsmiləri arasında narazılıqla qarşılanıb.

"Bu vəziyyətə ağlamaq lazımdır", - deyə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib.