Bişkekdə komendant saatı elan olunur


Dünya 24 Mar 2020 18:18:00 110 0

Bişkekdə komendant saatı elan olunur

Qırğızıstanın paytaxtı Bişkekdə komendant saatı elan olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Daxili işlər nazirinin müavini Almazbek Orozaliyev deyib.

O bildirib ki, komendant saatı martın 25-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, yerli vaxtla saat 20:00-dan saat 07:00-dək paytaxt ərazisində xüsusi icazə olmadan insanların və nəqliyyatın hərəkəti qadağan ediləcək.

Bundan başqa, Qırğızıstanın Oş və Cəlal-Abad vilayətlərinin bir sıra rayonlarında fövqəladə vəziyyət elan olunacaq.