Bulvar İdarəsi:


Digərləri 24 Mar 2020 16:06:00 150 0

Bulvar İdarəsi:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı nə təlimatı varsa, bulvar ərazisində də keçərlidir".

Son.az bildirir ki, bunu Lent.az -a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı açıqlamasında deyib.

O bildirib ki, hazırda bulvar ərazisindəki obyektlərin fəaliyyəti dayandırılıb:

"Bulvar ərazisində olan obyektlər işləmir. İnsanların kütləvi toplaşa biləcəyi tədbirlər hamısı təxirə salınıb. Ancaq bulvar açıq ərazidir. Tək-tək kimsə yürüşə çıxırsa, buna müdaxilə etmək olmaz. Məlumdur ki, dünən xüsusi karantin rejimi ilə bağlı qərar verilib. İnsanların 10 nəfərdən artıq bir yerə yığışmasına icazə verilmir. Bulvar ərazisində də bu cür hallar müşahidə olunarsa, yəqin ki, buna hüquq-mühafizə orqanları müdaxilə edəcək. Çünki bu işlərə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub".