Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Dünya 24 Mar 2020 15:06:00 115 0
Gürcüstanda koronavirusa yoluxanların sayı 66 nəfər çatıb.
Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində daha 5 yoluxma faktı qeydə alınıb.
Onlardan 9 nəfərin sağaldığı deyilir. 4 005 nəfər karantinə alınıb, 252 nəfər müşahidə altındadır.
Qeyd edək ki, ötən həftə sonu Gürcüstanda koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.
Mənbə: milli.az