"Əsas səhv havalar istiləşəndə virusun məhv olacağını demək idi"


Dünya 24 Mar 2020 13:42:00 121 0

"Əsas səhv havalar istiləşəndə virusun məhv olacağını demək idi"

"Koronavirus türklərə keçmir", "duzlu su ilə qarqara edin, sağalacaqsınız" kimi şayiələrə görə insanlarımız vaxtında tədbir görmədilər

"Koronavirus türklərə keçmir", "duzlu su ilə qarqara edin, sağalacaqsınız" kimi şayiələrə görə insanlarımız vaxtında tədbir görmədilər.

Son.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri türkiyəli professor Məhməd Ceyhan deyib.

"Əsas səhv havalar istiləşəndə virusun məhv olacağını demək idi. Vətəndaşlarımız buna inanıb koronavirusa ciddi yanaşmadılar. Əgər insanlar lazımi tədbirləri görsələr, bu virusun öhdəsindən gələcəyik", - professor bildirib.