Azərbaycandan Qazaxıstana qayıdan vətəndaşların sayı açıqlanıb


Digərləri 24 Mar 2020 13:18:00 123 0

Azərbaycandan Qazaxıstana qayıdan vətəndaşların sayı açıqlanıb

Martın 18-dən 22-dək olan müddətdə Azərbaycandan Qazaxıstana 51 vətəndaş qaytarılıb.

Son.az bildirir ki, bunu Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Qazaxıstan vətəndaşları səfirliyin və Azərbaycanın dövlət strukturlarının köməyi ilə qayıdıblar:

"19-22 mart tarixlərində Bakı limanından Aktauya 41 nəfər bərə ilə çatdırılıb. Daha 10 Qazaxıstan vətəndaşı Bakıdan Moskva vasitəsilə aviareyslə Nur-Sultan, Almatı və Atırau şəhərlərinə qayıdıb. Bundan başqa, martın 23-də Bakıdan Aktau limanına bərə ilə 13 Qazaxıstan vətəndaşı yola salınıb".