Google şirkəti xüsusi sayt yaratdı


Digərləri 24 Mar 2020 08:35:00 130 0

Google şirkəti xüsusi sayt yaratdı

Google şirkəti tərəfindən koronavirus haqqında məlumatların yer aldığı xüsusi sayt yaradılıb.

Son.az ted.az-a istinadən bildirir ki, saytda mövcud pandemiya ilə bağlı maksimal dərəcədə rəsmi və doğru məlumat yayımlanacağı bildirilir.

Saytda, həmçinin təhlükəsizliyə dair təlimatlar da yer alacaq. Eyni zamanda, idman zallarının bağlanmasına görə, YouTube-a yerləşdirilmiş evdə idman məşqləri, "COVID19"un yayılma statistikası da yerləşdiriləcək.

Qeyd edək ki, hələ ki, saytda ABŞ-ın Tibb Müəssisələri Departamentinin onlayn məlumatlarının linkləri yerləşdirilib. Ehtimal olunur ki, yaxın zamanda digər ölkələrin də koronavirusa dair onlayn məlumatları burada yer alacaq.