Telefonları dezinfeksiya edən cihaz yaradıldı –


Digərləri 24 Mar 2020 08:01:00 103 0

Telefonları dezinfeksiya edən cihaz yaradıldı –

Çinin nəhəng texnologiya şirkəti Xiaomi koronavirusun əsas daşıyıcısının mobil telefon olması iddialarını nəzərə alaraq telefonlar üçün dezinfeksiyaedici cihaz istehsal edib.

Son.az ted.az-a istinadən bildirir ki, yeni istehsal edilən cihazın ortalama qiyməti 69 dollardır. Amma tələbat olduğu təqdirdə qiymətinin 91 dollara qədər artacağı bildirilir.

Cihaz daxilinə yerləşdirilmiş telefonu 30 saniyə ərzində 99 faiz dezinfeksiya edir. Cihazın istifadə qaydaları çox asandır. Dezinfeksiya işləri üçün mobil telefonu kiçik elektron çantanın içərisinə qoymaq, əsas düyməni sıxmaq kifayətdir.

Şirkət dezinfeksiya işlərindən sonra telefonda hansısa təhlükəli maddə qalmadığını, onun yetərincə təhlükəsiz olduğunu bildirir. Cihazın enerji yığması isə 3 saat davam edir. Bu zaman onunla 70 dəfə dezinfeksiya etmək mümkündür.