Feysbukdakı videoların keyfiyyəti aşağı düşəcək


Digərləri 24 Mar 2020 08:15:00 110 0

Feysbukdakı videoların keyfiyyəti aşağı düşəcək

Koronavirusa görə xüsusi rejim elan olunandan sonra çox insanın məsafədən çalışması internetə tələbatı artırıb. Bir çox sosial platformalar internetdən istifadəni balanslaşdırmaq məqsədilə tədbirlərə əl atmalı olublar. Feysbuk və İnstaqram da videoların keyfiyyətinu aşağı salacağını bildirib.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri bu qərarın yalnız avropalı istifadəçilərə şamil olunacağını bildiriblər.

Videolardakı aşağı keyfiyyət bir müddət davam edəcək və internet tələbatının balanslaşdırılması məqsədi daşıyır. Bu, istifadəçilərin Feysbuk və İnstaqramdan daha rahat yararlanmalarını təmin edəcək.

Qeyd edək ki, bir müddət öncə YouTube, Amazon və Netflix də bu istiqamətdə işlər aparıldığını, video keyfiyyətinin aşağı salınacağını bildirmişdilər.