İnstaqram koronavirusa görə etiketlər əlavə etdi


Digərləri 24 Mar 2020 08:05:00 114 0

İnstaqram koronavirusa görə etiketlər əlavə etdi

Koronavirus həyəcanlarından sonra İnstaqram ən aktiv  sosial şəbəkələrdən birinə çevrilib. Məşhurların canlı yayım açaraq insanları evdə qalmağa səsləmələri ilə İnstaqram canlı konsertlərin məkanına çevrilib. Sosial şəbəkənin virusla bağlı tətbiq etdiyi yeniliklərdən biri də xüsusi etiketlərin artırılması olub.

Son.az ted.az-a istinadən bildirir ki, İnstaqramda hekayələr hissəsinin etiketlər bölümündə #StayHome etiketi əlavə olunub. Hazırda yalnız bəzi bölgələr üçün istifadəyə verilən etiketin yaxın günlərdə əhatə dairəsini genişləndirəcəyi bildirilib. Şirkət rəsmiləri bu addımı daha faydalı olmaq, insanlara psixoloji təsir göstərməklə sosial dəstək vermək istədikləri üçün atdıqlarını bildiriblər.