Apple yanlışlıqla yeni modellərini reklam etdi


Digərləri 24 Mar 2020 07:41:00 103 0

Apple yanlışlıqla yeni modellərini reklam etdi

Apple 4 yeni iPad Pro modelini yanlışlıqla reklam edib. Elan Çin veb-saytındakı iPadOS13 bölməsində verilib.

Son.az ted.az-a istinadən bildirir ki, Apple-ın yeni iPad modelləri üzərində işlədiyi deyilsə də, detallar hələ açıqlanmamış, rəsmi məlumat verilməmişdi. Amma iPhone-un kiçik texniki səhvinin izləyicilərin gözündən qaçmaması model barədə bütün məlumatların yanlışlıqla açıqlanmasına səbəb olub. Şirkət bir neçə dəqiqə sonra texniki səhvi aşkarlayaraq aradan qaldırsa da, anında çəkilən ekran görüntüsü sosial şəbəkələrdə paylaşılıb. Texniki səhv nəticəsində məlum olub ki, A2228, A2229, A2231 və A2233 nömrəli modellərin ikisi 11, ikisi isə 12,9 düym ölçüdədir.