Donald Tramp: ABŞ hərbçiləri heç kimə koronavirus yoluxdurmayıb


Digərləri 24 Mar 2020 07:21:00 121 0

Donald Tramp: ABŞ hərbçiləri heç kimə koronavirus yoluxdurmayıb

Donald Tramp "ABŞ hərbçiləri koronavirusu yayıblar" iddiası ilə bağlı açıqlama verib.

Son.az ted.az-a istinadən bildirir ki, Tramp ABŞ-ın bunu yayan şəxsləri "şərəfsiz" adlandırıb.

"Bizim hərbçilər koronavirusu heç kimə yoluxdurmadılar", - deyə ABŞ prezidenti bildirib.

Məlumat üçün bildirək ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zhao Lijian 12 mart tarixində Tvitter hesabında yazıb ki, koronavirusu Uhan şəhərinə ABŞ hərbçiləri "gətirə" bilərdi. Diplomat ABŞ-ı hər şeyi izah etməyə çağırıb.