Koronavirusu 35 min dollara sağaltdılar


Digərləri 23 Mar 2020 20:55:00 104 0

Koronavirusu 35 min dollara sağaltdılar

Səhiyyə sisteminin bahalılığına görə tez-tez tənqid edilən ABŞ-da yeni tip koronavirusdan müalicə olunan Danni Askini adlı qadına xəstəxana 35 min dollarlıq ödəniş qəbzi verib.

Son.az xəbər verir ki, tənəffüs çatışmazlığı, qızdırma, öskürək və baş ağrısı simptomları ilə əvvəlcə Bostonda bir xəstəxanaya müraciət edən qadın daha sonra 2 müxatəlif xəstəxanaya da müraciət edib və 3 gün sonra onda virus aşkarlanıb.

Tibbi sığortası olmayan Askini qəbzi görəndə şok keçirdiyini tvitter hesabından yazıb. O bildirib ki, xəstəlikdən sağalsa da, müalicəni davam etdirir. Ödənişi qarşılamaq üçünsə dövlət dəstəkli tibbi sığortaya müraciət edib.

Qeyd edək ki, ABŞ-da Kovid-19 analizləri president Donald Trampın qətnaməsi ilə pulsuz edilir. Lakin ödəniş müalicə və müayinəyə, xəstəxanaya, xəstənin durumuna görə dəyişir.