YAP Xəzər rayon təşkilatı tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkib FOTO


Digərləri 23 Mar 2020 16:49:00 104 0

YAP Xəzər rayon təşkilatı tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkib  FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Gənclər Birliyi Martın 21-dən 29-dək keçiriləcək "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində martın 23-də tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkib və onların koronavirusdan qorunma üsullarını izah ediblər.

Gənclər və könüllülər karantinlə əlaqədar maarifləndirici materialları həmin şəxslərə paylayıb və geniş məlumat veriblər.