“İmprotex” Şirkətlər Qrupu koronavirusla mübarizəyə 50 min manat ayırdı


Digərləri 23 Mar 2020 16:19:00 186 0

“İmprotex” Şirkətlər Qrupu koronavirusla mübarizəyə 50 min manat ayırdı

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "İmprotex" Şirkətlər Qrupu tərəfindən də dəstək göstərilib.

Son.az Trend-ə istinadən bildirir ki, "İmprotex" Şirkətlər Qrupu koronovirusla mübarizə məqsədilə Fonda 50 min manat vəsait köçürüb.

"İmprotex" şirkəti Azərbaycanın müstəqillik qazanması ilə birlikdə 1991-ci ildə ölkəmizdə ilk yaradılmış özəl şirkətlərdən olub, hazırda turizm, avtomobil və müxtəlif təyinatlı texnikaların təmsilçiliyi, eləcə də metal-konstruksiyaların və üstqurğuların istehsalı sahəsində fəaliyyət göstərir.