Bu ölkədə də məhkumlar azadlığa buraxılacaq


Dünya 23 Mar 2020 11:29:00 159 0

Bu ölkədə də məhkumlar azadlığa buraxılacaq

Fələstin prezidenti Mahmud Abbas yeni növ koronavirusla (Kovid-19) mübarizə tədbirləri çərçivəsində cəza müddətinin yarısını tamamlayan məhkumlar üçün əfv sərəncamı imzalayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Fələstin dövlət başçısının sözçüsü Nebil Əbu Rudeyne əfv qərarının ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə aid edilmədiyini bildirib.

Qeyd edək ki, Fələstindən gələn rəsmi məlumatlara görə, ölkənin Qəzza şəhərində Kovid-19 epidemiyasına yoluxma halı 59-a çatıb.

Xatırladaq ki, bundan əvvəl İran və Türkiyədə koronavirusa görə minlərlə məhkumun müvəqqəti evlərinə buraxılması barədə qərarlar qəbul edilib.