Yeni Hayat Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü!


Digərləri 23 Mar 2020 11:00:00 150 0

Yeni Hayat Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü!

Yeni Hayat Şirkətlər Qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə əsasən koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 AZN məbləğində vəsait ayırıb.

Bununla Yeni Hayat Şirkətlər Qrupu koronavirusla mübarizədə Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.

Qeyd edək ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə Yeni Hayat Şirkətlər Qrupunun bütün yaşayış kompleksləri və qeyri-yaşayış obyektlərində virusa qarşı vaxtında profilaktik və dezinfeksiya tədbirləri görülmüşdür.

Bundan əlavə hökumətin bu istiqamətdə tövsiyə və tapşırıqlarına operativ riayət olunması üçün Yeni Hayat Şirkətlər Qrupuna aid olan bütün yaşayış, biznes və ticarət məkanlarında, eləcə də ofislərdə çalışan işçilər və personal xüsusi tibbi maskalar və əlcəklərlə təchiz edilib.