Azərbaycanda bir ayda 11 mindən çox yeni körpə doğulub


Digərləri 23 Mar 2020 10:57:00 122 0

Azərbaycanda bir ayda 11 mindən çox yeni körpə doğulub

Cari ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 279 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,4 təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, körpələrin 336-sı əkiz, 6-sı isə üçəm doğulanlardır.

2020-ci ilin yanvar ayı ərzində ölkədə 5177 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

Ümumilikdə Azərbaycan üzrə əhalinin sayı ilin əvvəlindən 6130 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il fevral ayının 1-i vəziyyətinə 10 073 238 nəfərə çatıb.