“Evdə oturaotura xanımla dava etdik”


Dünya 23 Mar 2020 09:16:00 142 0

“Evdə oturaotura xanımla dava etdik”

Xəbər verdiyimiz kimi Türkiyədə 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib.Bu yasaqlara baxmayaraq, yenə də günəşli havadan istifadə edib çölə çıxanlar var.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, bələdiyyələr yaşlıların parklarda oturmasının qarşısını almaq üçün parklardakı oturacaqları yığışdırmağa başlayıblar.

Dövlətin etdiyi xəbərdarlığa baxmayaraq bir çoxları tv müxbirlərinin vəziyyətlə bağlı suallarına"mənə bir şey olmaz, yaşım 65-dən çox olsa da, özümü gənc hiss edirəm, hava gözəldir, nə qədər evdə oturmaq olar" kimi cavablar verirlər.Ən maraqlı cavabı isə 73 yaşlı Ələddin Kaya verib:

"Çində də bu virus gələndən boşanmaların sayı artıb. Vallah doğru. Evdə otura-otura xanımla dava etdik. Mən də havaya çıxdım ki hirsim soyusun" cavabını verib.