Koronavirusla bağlı bu ölkədə fövqəladə vəziyyət elan olunub


Dünya 23 Mar 2020 00:45:00 128 0

Koronavirusla bağlı bu ölkədə fövqəladə vəziyyət elan olunub

Koronavirusla bağlı martın 22-dən Qırğızıstanda bir ay müddətinə fövqəladə vəziyyət elan olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı qərar Baş Nazir Muxammedkalıy Abılqaziyevin keçirdiyi müşavirədə elan edilib.

Bu qərarla əlaqədar olaraq hökumətin qarşısında paytaxtda və vilayətlərdə blokpostların yaradılması, əhalinin ilkin tələbat malları və dərmanlarla fasiləsiz olaraq təmin olunması, ölkə daxilində aviareyslərin həyata keçirilməsi, ictimai nəqliyyatın, ərzaq mağazalarının və apteklərin işinin qaydaya salınması vəzifələri qoyulub.

Bildirilir ki, hər bir vəzifəli şəxs tabeliyindəki sahənin fasiləsiz işləməsi üçün şəxsən məsuliyyət daşıyacaq. Yerli özünüidarə orqanlarının rəhbərləri də ilk növbədə əhalinin ərzaqla təmin olunmasını həyata keçirməlidir. Xaricdən ərzaq gətirilməsi sahəsində heç bir problem yoxdur, buna görə də vətəndaşlar ərzaq və dərman qıtlığı ilə rastlaşmayacaqlar.