Azərbaycan nefti bahalaşdı


Digərləri 20 Mar 2020 14:25:00 165 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 19-da 26,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 24,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 18,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,09 dollar/barel azdır.