Alimlər təzyiq xəstələri üçün ən faydalı içkini elan etdi


Digərləri 20 Mar 2020 13:44:00 130 0

Alimlər təzyiq xəstələri üçün ən faydalı içkini elan etdi

Alimlər yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün ən faydalı içkini elan edib. Məhz bu içki təzyiqi aşağı salıb, normada saxlamağa və damarların vəziyyətini yaxşılaşdırmağa kömək edəcək.

Son.az medicina.az-a istinadən bildirir ki, bu, qırmızı mərsin (brusnika) şirəsi və dəmləməsidir.

Helsinkiy Universitetinin alimləri bunu xəstə siçanlar üzərində təcrübə ilə sübut ediblər. 10 həftəlik təcrübədə siçanlara mərsin, qarağat və s. içkilər verilib.

Qırmızı mərsin şirəsi içən siçanlarda təzyiqin düşməsi qeyd olunub. Digərləri zəif nəticə göstərib.