Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı Operativ Qərargah
Digərləri 20 Mar 2020 13:46:00 153 0
Azərbaycanda təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Mənbə: milli.az