"Koronavirusun dünyaya, o cümlədən Novruz bayramını qeyd edən ölkələrə..."


Digərləri 20 Mar 2020 13:35:00 124 0

"Koronavirusun dünyaya, o cümlədən Novruz bayramını qeyd edən ölkələrə..."

ABŞ Dövlət katibi Mayk Pompeo Novruz bayramı - yazın gəlişi münasibətilə İran və türk xalqlarını təbrik edib.

Son.az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:

"Prezident Donald Trampa qoşularaq Novruz bayramını qeyd edən bütün xalqlara xoşbəxtlik, sağlamlıq və firavan həyat arzulayıram.

Koronavirusun dünyaya, o cümlədən Novruz bayramını qeyd edən ölkələrə təsir etdiyini nəzərə alsaq, biz bütün görüşlərimizdə ehtiyatlı olmağa məcburuq".