Türkiyədə koronavirusdan dördüncü ölüm


Dünya 20 Mar 2020 08:28:00 149 0

Türkiyədə koronavirusdan dördüncü ölüm

Türkiyədə koronavirusdan dördüncü ölüm faktı qeydə alındı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca bildirib.

"Son 24 saat ərzində keçirilən 1 981 testdən 168-nin nəticəsi müsbət olub. Xəstələrin sayı 359-a çatıb. Təəssüf ki, 85 yaşlı bir xanımı itirdik. Dünyasını dəyişənlərin sayı dördə çatdı", - F.Koca "Twitter" səhifəsində yazıb.

Son məlumatlara görə, ölkədə aşkarlanan yeni növ koronavirusa yoluxmaların ümumi sayı 359 təşkil edir.