Bakıda 48 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi


Digərləri 19 Mar 2020 11:09:00 120 0

Bakıda 48 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Dağlıq küçəsində baş verib. Həmin küçədə ev 24, mənzil 17-də yaşayan 1972-ci il təvəllüdlü Bujdelyev Viktor Vladimiroviç çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib və orada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.Bujdelyevi qonşusu, Dağlıq küçəsi ev 24 mənzil 21-də yaşayan 1956-cı il təvəllüdlü Əliyev Faiq Allahyar oğlu bıçaqlayıb. F.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.