“Mənə görə o, ulduz deyil”


Şou-biznes 18 Mar 2020 22:20:00 196 0

“Mənə görə o, ulduz deyil”

"Bizdə müğənni yanında bir sürü adamla gəlir. Hazır yeyənlər komandası. Bunlar nə işə baxır bilmirəm?!".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "MTV"-yə müsahibəsi zamanı deyib. İfaçı bəzi məşhurların ətrafında çoxsaylı işçinin olmasına belə münasibət bildirib:

"Müğənninin komandası olması vacibdir, amma baxır hansı komanda. Mən o, komandanı 2006-cı ildə Rusiyaya gedəndə görmüşdüm. Orada prodüserim, direktorum, yerimə danışan başqa idi. Mətbuat katibim diktə edirdi, sən bunları deməli, bunları isə deməməlisən. Stilist, modelyer başqa idi. Komanda yaxı şeydir amma peşəkar olanda. Onlar sənin yanında gəzməməlidir. Bizimkilər tamaşaçıya demək istəyir ki, mən nə qədər adamla işləyirəm. Əslində boş şeydir. Azərbaycan balaca ölkədir. Müğənninin nə işi ola bilər ki?".

Nadir həmkarlarının telefonuna prodüserinin cavab verməsi ilə bağlı da fikir bildirib: