İranda hәr 1 saatda 43 nәfәr koronavirusa yoluxur


Dünya 18 Mar 2020 20:34:00 134 0

İranda hәr 1 saatda 43 nәfәr koronavirusa yoluxur

İranda hәr 1 saatda 43 nәfәr yeni koronavirusa (COVID-19) yoluxur.

Bunu İranın sәhiyyә nazirinin müavini İrәc Hәrirçi İranın şimal-qәrbindә yerlәşәn Qәrbi Azәrbaycan vilayәtinin Urmiya şәhәrindә jurnalistlәrә açıqlamasında deyib. Bu barәdә Trend IRNA-ya istinadәn mәlumat verib.

İ.Hәrirçinin sözlәrinә görә, yoluxma bu virusun epidemioloji gücünü göstәrir. Hәrirçi әlavә edib ki, bundan әlavә araşdırmalara әsasәn İranda hәr 1 saatda 3 şәxs virus nәticәsindә dünyasını dәyişir.

"Tibbi tövsiyәlәrә etinasızlıq virusun İranda yayılmamasının әsas sәbәbidir. Vәtәndaşlar izdihamlı mәkanlardan uzaq qalaraq ölümlәrә sәbәb olmamalıdırlar. Vәtәndaşların etinasızlığı tibb işçilәri vә hәkimlәrin virusa yoluxması vә bәzi hallarda ölmәsi ilә nәticәlәnir", - deyә o qeyd edib.

Әlavә edәk ki, İranın Qәrbi Azәrbaycan vilayәtindә bu günәdәk 300 nәfәr koronavirusa yoluxub vә virus nәticәsindә 17 nәfәr ölüb.