"Ramalla barışdım, Rəhimlə isə..."


Şou-biznes 18 Mar 2020 20:19:00 150 0

"Ramalla barışdım, Rəhimlə isə..."

Müğənni Niyam Salami küsülü olduğu və barışdığı həmkarlarından danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Ən yaxşısı" verilişində qonaq olan sənətçi həmkarı Rəhim Rəhimli ilə heç vaxt münasibətlərini düzəltməyəcəyini deyib:

"Rəhimlə böyük bir ədavətim olmayıb. Amma Rəhim mənimlə danışmaq istəmir. Mən də özüm barışmaq istəmirəm. "Dost" sözünə layiqsənsə, ona riayət edirsənsə, həmin adamla danış. Şou-biznesdə və ya həyatımda danışmadığım adamlar var. Həmin insanları dondururam, görmürəm.

Ramal İsrafilovla isə barışmışam. Elə bir şouda idik ki, barışmalıydıq. Gəldik, heç nə olmamış kimi danışdıq. Efirdə özünü idarə etməlisən, onu büruzə verməməlisən. Elə ab-hava yarandı ki, münasibətlər düzəldi".