Məşhurlardan #evdəqal paylaşımı...


Şou-biznes 18 Mar 2020 19:04:00 287 0

Məşhurlardan #evdəqal paylaşımı...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində #evdəqal həştəqi ilə yeni aksiyaya start verərək insanları evdə qalmağa çağırıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ölkənin incəsənət üzvləri də sözügedən təşəbbüsə əməl edərək sosial şəbəkələrdə paylaşımlar etməyə başlayıblar.

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə paylaşım edərək hər kəsi diqqətli olmağa çağırıb:

"Hər birimiz özümüzü qorumaqla sağlam günlərə tezliklə çıxarıq".

Prodüser Tarix Əliyev (Tolik) də instaqramda status yazaraq hər kəsin bayram günlərində evdə olmağını məsləhət görüb:

"Dostlar, bayramlar çox əzizdi, hamı bir- birinin evinə qonaq getmək istəyir. Amma çalışın öz ailənizlə, evinizin içində doğmalarınızla bayram günlərinizi qeyd edin. Çünki bununla biz sağlamlığımızla həm özümüzü, həm də doğmalarımızı virusdan qorumuş oluruq".