Tovuzda mazut çəni yanıb


Digərləri 18 Mar 2020 18:59:00 143 0

Tovuzda mazut çəni yanıb

Tovuz rayonunun Düz Qırıqlı kəndində tutumu 1 ton olan mazut çəni və ətrafa dağılmış qalıqları 20 m2 sahədə yanıb.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yaxınlıqdakı çənlər və istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.