Hindistan və Filippində “quş qripi” tapıldı


Dünya 17 Mar 2020 20:10:00 169 0

Hindistan və Filippində “quş qripi” tapıldı

Hindistan və Filippində quş qripinin sürətlə yayılan H5N6 növü aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hələlik ev quşlarında tapılan virusun insanlara keçib-keçməməsi yoxlanılır. Minlərlə bildirçin, toyuq və ördək tələf edilib. Filippində 12 min, Hindistanda 4 minədək quş məhv olunub.

Mütəxəssislərin fikrincə, H5N6-nın insana keçmə ehtimalı azdır. 

Virusun qaynağı hələlik təsbit olunmayıb.