Koronavirus “Afrika şiri 2020” təlimlərini təxirə saldı


Dünya 17 Mar 2020 19:34:00 129 0

Koronavirus “Afrika şiri 2020” təlimlərini təxirə saldı

ABŞ Hərbi Qüvvələrinin Afrika komandanlığı Şimalı və Qərbi Afrikada keçiriləcək "African Lion 2020" (Afrika şiri 2020) beynəlxalq təlimlərini təxirə salıb. 

Son.az Day.Az-a istinadən bildirir ki, koronavirusun sürətlə yayılması təhlükəsi səbəbindən verilən bu qərar komandanlığın saytında yerləşdirilib.

Təlimlər martın 23-də Mərakeş, Tunis və Seneqal ərazisində başlamalı, aprelin 2-də yekunlaşmalı idi. Təlimlərdə 4 min ABŞ, 5 min Afrika ölkələri hərbçilərinin iştirakı nəzərdə tutulurdu.