Bakıda polis əməliyyat keçirdi:


Digərləri 17 Mar 2020 18:40:00 196 0

Bakıda polis əməliyyat keçirdi:

Bakıda polis narkotik alverçisinin yaxalanması ilə bağlı əməliyyat keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Post-Patrul Xidməti əməkdaşları daxil olan məlumat əsasında Sabunçu rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ə. Mahmudov saxlanılıb.

Baxış zamanı onun üzərindən 0,119 qram metanfetamen həbi və 274 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.