"Sistemi çıxaran kimi gözlərini yumub"


Şou-biznes 17 Mar 2020 14:40:00 202 0

"Sistemi çıxaran kimi gözlərini yumub"

Xalq artisti Brilliant Dadaşova ötən gün dünyasını dəyişən əmisi oğlu Rafael Dadaşovdan danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni bunla bağlı "Xəzər Xəbər"ə danışıb. O bildirib ki, hər gün R.Dadaşovun iynələri vurulurdu:

"Gözlənilməz oldu. Hər gün ona iynə vurulur, sistemlər köçürülürdü. Yenə də iynəsi vurulurmuş. Qəfildən gəlini Afaqı çağırıb. Sistemi çıxaran kimi gözlərini yumub".

Qeyd edək ki, Xalq artisti 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.