Ekspert: "Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir"


Digərləri 17 Mar 2020 12:40:00 108 0

Ekspert: "Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir"

Koronavirusun yayılması ilə əlaqədar Azərbaycanda, xüsusən də sosial şəbəkələrdə müəyyən narahatlıq süni şəkildə yaradılıb və öz bizneslərində mənfəət artırmağa çalışan bəzi sahibkarlar, eləcə də təxribatçılar tərəfindən dəstəklənir.

Son.az xəbər verir ki, bunu Trend-ə "Revival Institute for Future" təşkilatının direktoru, infeksiyaçı Vadim Aristov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun yayılması məsələsi fəal müzakirə olunur:

"Ölkədə yeni, əvvəllər məlum olmayan infeksiyaya yoluxma hallar baş verəndə insanlar təhlükə, qeyri-müəyyənlik və inamsızlıq hiss edir. Onlar KİV-ləri oxuyur və öz davranışlarını daha yaxşı şəkildə dəyişməyə çalışır. Bu informasiya aclığını hökumətin və biznesin adekvat tədbirlərini nümayiş etdirməklə doyurmaq olar. Başqa sözlə, bu cür narahatlıq "mənfəət" və "insan həyatı və sağlamlığı" dəyərlərinin mübarizəsidir. Bu narahatlıq sayəsində cəmiyyət daha ehtiyatlı olur. Belə hallarda insanlara başa salmaq lazımdır ki, bu tək bir nəfərin problemi deyil, bir neçə sistemin - milli təhlükəsizlik sisteminin, səhiyyə sisteminin, korporativ təhlükəsizlik sisteminin problemidir".

V.Aristov qeyd edib ki, Azərbaycan bir çox ölkənin etdiyi səhvləri təkrarlamayıb:

"Azərbaycan hökuməti yeni infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə bütün zəruri və təcili preventiv tədbirləri görüb. Operativ tədbirlər sayəsində koronavirusun yayılmasının qarşısını almaq mümkün olub. Bir çox ölkələrdə isə bu problemlə bağlı vacib qərarları tibb təhsili olmayan dövlət xadimləri qəbul edir. Əksər hallarda bu, humanitar və ya texniki təhsilə malik şəxslərdir. Beləliklə də, həkimlər və alimlər söz sahibi olmur. Buradan da səriştəsiz dövlət qərarları üzə çıxır".