Ekvadorda koronavirusa görə fövqəladə vəziyyət elan olundu


Dünya 17 Mar 2020 12:28:00 197 0

Ekvadorda koronavirusa görə fövqəladə vəziyyət elan olundu

Ekvadorda koronavirusun sürətlə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub.

Son.az Day.Az-a istinadən bildirir ki,bu barədə ölkə Prezidenti Lenin Moreno qərar imzalayıb.

Fövqəladə vəziyyətin qaydalarına əsasən, ölkədə qadağa saatı axşam 21:00-dan səhər 05:00-a qədər davam edir. Eyni zamanda, vacib ehtiyaclar olmadığı sürəcə vətəndaşların evdən çölə çıxmamaları tövsiyə edilir. Ölkədə tibb, hüquq-mühafizə işçiləri və xilasedicilərdən savayı, bütün dövlət strukturlarında iş dayandırılıb.   

Son məlumata görə, Ekvadorda koronavirusa yoluxanların sayı 58, bu virusdan ölənlərin sayı isə 2 nəfər qeyd edilir.