Qazaxıstanda məsciddə namaz qılınması qadağan olundu


Dünya 17 Mar 2020 10:41:26 133 0

Qazaxıstanda məsciddə namaz qılınması qadağan olundu

Martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib

© google.az

Qazaxıstanda məscidlərdə cümə namazının qılınması müvəqqəti olaraq dayandırılıb.

“Report” RİA "Novosti” istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsi məlumat yayıb.

Buna səbəb olaraq ölkədə koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi göstərilib. İdarənin açıqlamasına əsasən, müsəlmanlar günorta və cümə namazını evdə qılacaqlar.

Məlumata görə, ölkədə məscidlər bağlanmayacaq, azan veriləcək, ancaq insanların müvəqqəti olaraq ora getməsi dayandırılıb.

Qeyd edək ki, martın 16-dan etibarən Qazaxıstandafövqəladə vəziyyət rejimi tətbiq edilib.